Menyu

Avropa Komissiyası Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn üçün viza qaydalarını yüngülləşdirib

Nərmin Qocamanlı
Avropa Komissiyası Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn üçün viza qaydalarını yüngülləşdirib

Avropa Komissiyası Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn üçün viza qaydalarını yumşaltmaq qərarına gəlib. Üç ölkə vətəndaşlarının AB ölkələrinə daha asan daxil olmasını təmin edəcək yeni qaydalar çərçivəsində, Şengenə ilk dəfə müraciət edənlər də daxil olmaqla, müraciətləri qəbul edilənlərə 5 il müddətinə çoxlu giriş hüququ veriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Aİ-nin Səudiyyə Ərəbistanındakı səfiri Kristof Farnaud bildirib.

Onu sözlərinə görə, yeni tətbiq Aİ ilə Körfəz ölkələri arasında əlaqələri gücləndirəcək. Viza müddətlərinin uzadıldığını qeyd edən Farnaud, viza rejiminin dəyişdirilməsinin strateji əlaqələrin göstəricisi olduğunu bildirib.

Qərar Aİ-nin Körfəz ərəb ölkələrindən daha çox investisiya almaq siyasətinin bir hissəsi kimi qiymətləndirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər