Rumıniya və Moldova Aİ, NATO, ATƏT və BMT ilə hərbi əməkdaşlıq edəcək
Rumıniya və Moldova Avropa İttifaqı (Aİ), NATO, BMT və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) himayəsi altında keçirilən hərbi əməliyyatlar zamanı bir-birinə qarşılıqlı dəstək verəcək.
"Operativ Media" xəbər verir ki, Rumıniya hökumətinin qəbul etdiyi memoranduma əsasən, bu barədə müddəa iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişə daxil ediləcək.
"Dəstək və xidmətlər iki dövlətin ərazilərindən kənarda həyata keçirilən missiya və əməliyyatlarda iştirak edən şəxsi heyətimizlə eyni şərtlərlə təmin ediləcək", - deyə məlumatda bildirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net