Jurnalistlərin Qarabağa səfəri başlayıb
Oktyabrın 7-də Azərbaycan jurnalistlərinin Füzuli, Hadrut və Şuşaya mediaturu başlayıb.
"Operativ Media" xəbər verir ki, səfər "Azərişıq" ASC və MEDİA-nın birgə təşkilatçılığı ilə həyata keçirilir.
Səfər çərçivəsində media nümayəndələri Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində olacaqlar.
20 oktyabr - Azərbaycan Energetiklər Günü münasibəti ilə təşkil edilən press-turda müxtəlif KİV-ləri təmsil edən 30-a yaxın jurnalist iştirak edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net