Suriyada müvəqqəti hökumət qurulub
Əziz Əzizli
"Operativ Media"nın məlumatına görə, bu barədə Baş nazir vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir deyib.
"Müvəqqəti hökumət quruldu, o, “xilas hökuməti”ndən bir neçə nazirdən ibarətdir. Bu, konstitusiya məsələləri həll olunana qədər 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətdir", - deyə o bildirib.
O qeyd edib ki, hökumət ölkənin dağılmasının qarşısını almaq üçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarının sabitliyini qoruyacaq. Əl-Bəşir əlavə edib ki, Nazirlər Kabineti yeni hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net