Fransa XİN: Suriyalıların humanitar yardım almasına mane olan sanksiyalar ləğv oluna bilər
"Operativ Media" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.
"Humanitar yardıma çıxışa və ölkənin bərpasına mane olan sanksiyalar tez bir zamanda aradan qaldırıla bilər” - deyə Barro bildirib.
O, əlavə edib ki, heç kim Suriyanın keçmiş prezidenti Bəşər Əsədə, onun ailəsinə və administrasiya üzvlərinə qarşı sanksiyaları ləğv etmək fikrində deyil.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma