Menyu

İraq Cənubi Koreyadan hava hücumundan müdafiə sistemi alacaq

Əsəd Abbaslı
İraq Cənubi Koreyadan hava hücumundan müdafiə sistemi alacaq

"Operativ Media" xəbər verir ki, İraq Xəbər Agentliyinə istinadla bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Təhlükəsizlik məsələləri ilə bağlı Media Məlumat Mərkəzinin rəhbəri general Təhsin əl-Xəfaci məlumat verib. Əl-Xəfaci əlavə edib ki, hava hücumundan müdafiə, hərbi hava qüvvələri və hərbi aviasiya sahələrində imzalanmış müqavilələr bu il icra olunacaq.

O vurğulayıb ki, bu il, xüsusilə Cənubi Koreyadan hava hücumundan müdafiə sahəsində müasir silahların İraqa çatdırılması gözlənilir. Həmçinin bildirib ki, Fransadan çoxməqsədli helikopterlərin alınması ilə bağlı müqavilə mövcuddur. Bu helikopterlər hava qüvvələrinin daşınması, hədəflərin müəyyən edilməsi və quru qüvvələrinə logistik dəstək göstərilməsi məqsədilə istifadə ediləcək. Həmçinin ölkəyə müasir radarlar da çatdırılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər