Hakan Fidan: Ümid edirik ki, Bakı ilə İrəvan arasında sülh sazişinin yerdə qalan maddələri 2025-ci ildə razılaşdırılar
"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, Cənubi Qafqazda olan qeyri-sabit vəziyyət heç kimin xeyrinə olmayıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyev həm bölgə, həm də Azərbaycanın inkişafı üçün addımlar atır”.
Hakan Fidan qeyd edib ki, davamlı sülh üçün bir neçə maddənin də razılaşdırılması lazımdır: “Ümid edirik ki, 2025-ci ildə bu maddələr də razılaşdırılar”.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma