Menyu

Rusiyaya qarşı sanksiya siyahısı genişləndirilib

Əsəd Abbaslı
Rusiyaya qarşı sanksiya siyahısı genişləndirilib

ABŞ Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədində bildirilib.

Rusiyanın 20-dən çox neft sənayesi xidməti şirkəti ABŞ sanksiyaları altına düşüb.

“Qazprom Neft” və “Surqutnefteqaz” törəmə şirkətləri ilə birlikdə ABŞ-nin sanksiyaların məruz qalıb.

Sanksiya siyahısına dəniz sığortası üzrə İnqosstrax və AlfaStrakhovanie də daxil edilib.

Amerika tərəfi həmçinin “Lukoyl”un həmsahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərova, “Başneft”in rəhbəri, “Zarubejneft”in rəhbəri Kudryaşov, “Qazprom Neft”in Moskva və Omsk neftayırma zavodlarına və “Surqutneftqaz”ın Kirişi neft emalı zavodlarına qarşı da sanksiyalar tətbiq edib.

Sanksiyalar, həmçinin Rusiya karbohidrogenlərinin daşınmasında iştirak edən və Sovcomflot, Rosneft və Qazprom Neft ilə əlaqəli 100-ə yaxın gəmiyə şamil edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər