İtaliya Prezidenti Zelenski ilə görüşüb
Əsəd Abbaslı
İtaliya Prezidenti Sercio Mattarella Romada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, görüş zamanı Sercio Mattarella İtaliyanın Ukraynaya tam, dəyişməz və daimi dəstəyini yeniləyib, ədalətli sülhün vacibliyini qeyd edib.
Volodimir Zelenski isə Sercio Mattarella ilə müsbət görüş keçirdiyini və onu Ukraynaya dəvət etdiyini bildirib. Qeyd edib ki, Ukraynaya İtaliya Prezidenti sonuncu dəfə 25 il əvvəl səfər edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Romaya səfəri çərçivəsində ötən gün İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşmüşdü.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net