Livanın yeni prezidenti ilk səfərini Səudiyyə Ərəbistanına edəcək
Əsəd Abbaslı
Livanın yeni prezidenti Cozef Aun vəzifəyə gəldikdən sonra səfər edəcəyi ilk ölkənin Səudiyyə Ərəbistanı olacağını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Livan prezidentinin ofisi məlumat yayıb.
Aun bu barədə şahzadə Məhəmməd bin Salmanla telefon danışığı zamanı bildirib.
"Bu, Səudiyyə Ərəbistanının Livan xalqını dəstəkləməkdə, onlarla həmrəylik göstərməkdə tarixi rolunun tanınması və livanlıların bölgə dövlətləri ilə əlaqələrinin təməli kimi ərəb kimliyinin təsdiqi olacaq", - ofisdən bildiriblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net