Menyu

Kaloforniyada yanğında ölənlərin sayı artıb

Əziz Əzizli
Kaloforniyada yanğında ölənlərin sayı artıb

Yanğınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə bazar günü Fox News telekanalı məlumat yayıb.

Qurbanların əksəriyyətinin şəxsiyyəti hələ müəyyən edilməyib. Daha əvvəl 16 nəfərin öldüyü, daha 13 nəfərin itkin düşdüyü bildirilirdi.

Qeyd edək ki, yanvarın 7-də Los-Anceles şəhərində meşə yanğınları yayılmağa başlayıb. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub.

ABŞ prezidenti Co Bayden Kaliforniyada baş verən yanğınları ştatın tarixində ən böyük və ən dağıdıcı yanğın adlandırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər