İran XİN başçısının ABŞ-yə səfəri təxirə salınıb
İranın xarici işlər naziri Abbas Əraqçi vaxt çatışmazlığından Nyu-Yorka səfər etməyəcək.
“Operativ Media” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yanvarın 20-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, A.Əraqçi Nyu-Yorka gələn həftə səfər etməliydi:
"BMT-də Fələstin, o cümlədən Qəzza zolağında vəziyyət müzakirə olunacaq. Ancaq regionda və Fələstində baş verənlərə görə bu səfər baş tutmayacaq”.
Qeyd edək ki, Əlcəzairin sədrliyi ilə xarici işlər nazirlər səviyyəsində Yaxın Şərq, o cümlədən Fələstindəki məsələlər müzakirə olunacaq. Həmin görüşə İran tərəfi də dəvət olunmuşdu.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net