57 nömrəli avtobus "Kamaz"la toqquşub
Nərmin Qocamanlı
Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub, yaralananlar var.
"Operativ Media" xəbər verir ki, hadisə bu gün paytaxtın Xətai rayonu, metronun "Əhmədli" stansiyasının yaxınlğında qeydə alınıb.
Belə ki, 57 saylı xətt avtobusu hərəkətdə olan zaman "KamAZ" markalı yük maşını ilə toqquşub. Daha sonra sərnişin avtobusu idarəetmədən çıxıb və yolun kənarındakı işıqfor dirəyinə çarpılıb. Nəticədə avtobusda olan bir neçə sərnişin xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net