ABŞ-də qeyri-qanuni sərhəd keçidləri azalıb
Əsəd Abbaslı
Prezident Donald Trampın Ağ Evə qayıtmasından sonra ABŞ-da sərhədi qanunsuz keçmələrin sayı 93 faiz azalıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin yeni administrasiyasında sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərin deportasiyasına cavabdeh olan Tomas Homan deyib.
"Sərhəd keçidləri 93% azalıb. Bu, Trampın birinci dövründəkindən daha böyük azalmadır. Bizim irəlidə görüləsi çox işimiz var", - deyə o bildirib.
O qeyd edib ki, “təhlükəsiz sərhəd olmadan etibarlı milli təhlükəsizlik mümkün deyil”.
"Miqrantların deportasiya əməliyyatına gəlincə, onun həyata keçirilməsinin ilk həftəsində biz artıq əksəriyyəti cinayətkar olan 5 min insanı saxlamışıq", - deyə T.Homan əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net