Menyu

ABŞ-də qeyri-qanuni sərhəd keçidləri azalıb

Əsəd Abbaslı
ABŞ-də qeyri-qanuni sərhəd keçidləri azalıb

Prezident Donald Trampın Ağ Evə qayıtmasından sonra ABŞ-da sərhədi qanunsuz keçmələrin sayı 93 faiz azalıb.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin yeni administrasiyasında sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərin deportasiyasına cavabdeh olan Tomas Homan deyib.

"Sərhəd keçidləri 93% azalıb. Bu, Trampın birinci dövründəkindən daha böyük azalmadır. Bizim irəlidə görüləsi çox işimiz var", - deyə o bildirib.

O qeyd edib ki, “təhlükəsiz sərhəd olmadan etibarlı milli təhlükəsizlik mümkün deyil”.

"Miqrantların deportasiya əməliyyatına gəlincə, onun həyata keçirilməsinin ilk həftəsində biz artıq əksəriyyəti cinayətkar olan 5 min insanı saxlamışıq", - deyə T.Homan əlavə edib.

Teqlər:

"AB\u015e-d\u0259 qeyri-qanuni s\u0259rh\u0259d ke\u00e7idl\u0259ri azal\u0131b"

Əlaqəli Xəbərlər