Moldova "Rus Evi"ni bağlayır
Əsəd Abbaslı
Moldovada ölkə hakimiyyətinin qərarı ilə “Rus evi” bağlanır.
Operativ Media xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qərar Rusiyanın pilotsuz təyyarələrinin ölkənin hava məkanını pozması ilə əlaqədar qəbul edilib:
“Bu təxribatlara cavab olaraq Xarici İşlər Nazirliyi 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişini birtərəfli qaydada denonsasiya etmək qərarına gəlib.
Müqaviləyə xitam verilməsi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi (“Rus evi”) ölkəmizdə fəaliyyətini dayandıracaq”.
Xatırladaq ki, Bakıdakı “Rus evi”nin də fəaliyyəti dayandırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net