13 Fevral 2025, 19:30
Moldova "Rus Evi"ni bağlayır
Moldova hökuməti PUA hücumlarına cavab olaraq "Rus Evi"ni bağlayır.
Moldova "Rus Evi"ni bağlayır şəkil
Moldova "Rus Evi"ni bağlayır

Moldovada ölkə hakimiyyətinin qərarı ilə “Rus evi” bağlanır.

Operativ Media xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qərar Rusiyanın pilotsuz təyyarələrinin ölkənin hava məkanını pozması ilə əlaqədar qəbul edilib:

“Bu təxribatlara cavab olaraq Xarici İşlər Nazirliyi 1998-ci ildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Moldova-Rusiya hökumətlərarası sazişini birtərəfli qaydada denonsasiya etmək qərarına gəlib.

Müqaviləyə xitam verilməsi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi (“Rus evi”) ölkəmizdə fəaliyyətini dayandıracaq”.

Xatırladaq ki, Bakıdakı “Rus evi”nin də fəaliyyəti dayandırılır.

Son xəbərlər
Yaponiya millisi 2026-cı il DÇ-yə vəsiqə qazandı
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB
Gürcüstanın Baş naziri İrəvana səfər edib
Peter Siyarto Türkiyəyə səfər edəcək
Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə çatıb - FAKTİKİ HAVA
BDYP-dən sürücülərə duman və yağıntı xəbərdarlığı
ADY: Qatarlarda 100 faizə yaxın doluluq qeydə alınıb
Şoyqu: Ermənistan Aİ-yə daxil olarsa, bir çox imtiyazlarını itirəcək