ABŞ-də valideynsiz immiqrant uşaqlara hüquqi təmsilçilik dəstəyi dayandırılıb
Nərmin Qocamanlı
Tramp administrasiyası valideynləri olmadan ABŞ-yə mühacirət edən 18 yaşdan kiçik şəxslərlə bağlı yeni qərar qəbul edib.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu çərçivədə, immiqrasiya məhkəmələrində müşayiət olunmayan uşaqlara hüquqi təmsilçilik, hüquqi məsləhət və qanuni hüquqlarla bağlı təlimlər verən fondlar kəsilib.
Qərarın ABŞ-yə valideynləri olmadan gələn 26 min immiqrant uşağı əhatə edəcəyi gözlənilir.
ABŞ-də Qaçqınların Köçürülməsi İdarəsi (ORR) immiqrasiya məhkəmələrində valideynləri və ya yoldaşları olmayan uşaqları təmsil etmək üçün qeyri-kommersiya təşkilatlarına hər il minlərlə dollar vəsait ayırır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net