Menyu

ABŞ-də valideynsiz immiqrant uşaqlara hüquqi təmsilçilik dəstəyi dayandırılıb

Nərmin Qocamanlı
ABŞ-də valideynsiz immiqrant uşaqlara hüquqi təmsilçilik dəstəyi dayandırılıb

Tramp administrasiyası valideynləri olmadan ABŞ-yə mühacirət edən 18 yaşdan kiçik şəxslərlə bağlı yeni qərar qəbul edib.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu çərçivədə, immiqrasiya məhkəmələrində müşayiət olunmayan uşaqlara hüquqi təmsilçilik, hüquqi məsləhət və qanuni hüquqlarla bağlı təlimlər verən fondlar kəsilib.

Qərarın ABŞ-yə valideynləri olmadan gələn 26 min immiqrant uşağı əhatə edəcəyi gözlənilir.

ABŞ-də Qaçqınların Köçürülməsi İdarəsi (ORR) immiqrasiya məhkəmələrində valideynləri və ya yoldaşları olmayan uşaqları təmsil etmək üçün qeyri-kommersiya təşkilatlarına hər il minlərlə dollar vəsait ayırır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər