Filippində yanğın baş verib, 8 nəfər həlak olub
Filippinin paytaxtı Quezon şəhərində baş verən yanğında biri uşaq olmaqla 8 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Yanğından Mühafizə Bürosu (BFP) bildirib.
Məlumatda qeyd olunub ki, daha bir neçə nəfər yaralanıb. Bildirilib ki, yanğın üç mərtəbəli yaşayış binasında səhər saatlarında (Bakı vaxtı ilə 7-də) baş verib.
Hadisə yerinə 24 yanğınsöndürən maşını və üç təcili tibbi yardım briqadası göndərilib. Yanğın ilə bağlı araşdırma başladılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net