Menyu

Filippində yanğın baş verib, 8 nəfər həlak olub

Filippində yanğın baş verib, 8 nəfər həlak olub

Filippinin paytaxtı Quezon şəhərində baş verən yanğında biri uşaq olmaqla 8 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə  ölkənin Yanğından Mühafizə Bürosu (BFP) bildirib.

Məlumatda qeyd olunub ki, daha bir neçə nəfər yaralanıb. Bildirilib ki, yanğın üç mərtəbəli yaşayış binasında səhər saatlarında (Bakı vaxtı ilə 7-də) baş verib.

Hadisə yerinə 24 yanğınsöndürən maşını və üç təcili tibbi yardım briqadası göndərilib. Yanğın ilə bağlı araşdırma başladılıb.

Teqlər:

"Filippind\u0259 yan\u011f\u0131n ba\u015f verib 8 n\u0259f\u0259r h\u0259lak olub"

Əlaqəli Xəbərlər