Menyu

Böyük Britaniya Suriyaya yardım ayıracaq

Əsəd Abbaslı
Böyük Britaniya Suriyaya yardım ayıracaq

Böyük Britaniya Suriyaya 160 milyon funt-sterlinqə qədər (207,8 milyon dollar) yardım edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Böyük Britaniya hökuməti Suriyada sabitliyə kömək etmək üçün 160 milyon funt-sterlinqə qədər yardım vəd edib", - bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi qeyd edir ki, vəsait sakinlərin su, qida, tibbi xidmət və təhsillə təmin edilməsi üçün ayrılıb.

Açıqlamada deyilir ki, yardım milyonlarla suriyalıya normal həyata qayıtmaq üçün həyati dəstək verəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər