Ana səhifə / Dünya / Böyük Britaniya Suriyaya yardım ayıracaq Böyük Britaniya Suriyaya yardım ayıracaq 17.03.2025, 21:21 Əsəd Abbaslı Böyük Britaniya Suriyaya 160 milyon funt-sterlinqə qədər (207,8 milyon dollar) yardım edəcək. Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb. "Böyük Britaniya hökuməti Suriyada sabitliyə kömək etmək üçün 160 milyon funt-sterlinqə qədər yardım vəd edib", - bəyanatda deyilir. Xarici İşlər Nazirliyi qeyd edir ki, vəsait sakinlərin su, qida, tibbi xidmət və təhsillə təmin edilməsi üçün ayrılıb. Açıqlamada deyilir ki, yardım milyonlarla suriyalıya normal həyata qayıtmaq üçün həyati dəstək verəcək. Teqlər: "B\u00f6y\u00fck Britaniya Suriyaya yard\u0131m ay\u0131racaq"