Almaniyada genişmiqyaslı antiterror əməliyyatları keçirilib
Əsəd Abbaslı
Almaniyanın altı əyalətində terrorçuluğa qarşı genişmiqyaslı əməliyyatlar aparılıb.
Operativ Media xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, əməliyyatlar Hessen, Şimali Reyn-Vestfaliya, Bavariya, Baden-Vürttemberq, Meklenburq-Ön Pomeraniya və Reynland-Pfalts əyalətlərində ümumilikdə 19 obyektdə keçirilib.
Federal Kriminal Polis İdarəsinin (BKA) və yerli polis qüvvələrinin 200-dən çox əməkdaşının iştirak etdiyi əməliyyatlar, “Brigade N‘Hamedu” adlı terrorçu təşkilatın təsisçiləri və üzvləri olduqları ehtimal edilən 17 nəfərin saxlanılmasına yönəlib.
Sözügedən qrup Eritreyada hökuməti devirməyə çalışan beynəlxalq şəbəkənin bir hissəsi kimi tanınır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net