Menyu

Almaniyada genişmiqyaslı antiterror əməliyyatları keçirilib

Əsəd Abbaslı
Almaniyada genişmiqyaslı antiterror əməliyyatları keçirilib

Almaniyanın altı əyalətində terrorçuluğa qarşı genişmiqyaslı əməliyyatlar aparılıb.

Operativ Media xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, əməliyyatlar Hessen, Şimali Reyn-Vestfaliya, Bavariya, Baden-Vürttemberq, Meklenburq-Ön Pomeraniya və Reynland-Pfalts əyalətlərində ümumilikdə 19 obyektdə keçirilib.

Federal Kriminal Polis İdarəsinin (BKA) və yerli polis qüvvələrinin 200-dən çox əməkdaşının iştirak etdiyi əməliyyatlar, “Brigade N‘Hamedu” adlı terrorçu təşkilatın təsisçiləri və üzvləri olduqları ehtimal edilən 17 nəfərin saxlanılmasına yönəlib.

Sözügedən qrup Eritreyada hökuməti devirməyə çalışan beynəlxalq şəbəkənin bir hissəsi kimi tanınır.

Teqlər:

"Almaniyada geni\u015fmiqyasl\u0131 antiterror \u0259m\u0259liyyatlar\u0131 ke\u00e7irilib"

Əlaqəli Xəbərlər