Menyu

Azərbaycan Rumıniya ilə enerji sahəsində əməkdaşlığı genişləndirib

Əsəd Abbaslı
Azərbaycan Rumıniya ilə enerji sahəsində əməkdaşlığı genişləndirib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Rumıniyanın Milli Enerji Tənzimləmə Qurumu (ANRE) arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Operativ Media xəbər verir ki, Agentlikdən verilən məlumata görə, sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və ANRE-nin prezidenti Corce-Serciu Nikulesku imzalayıblar.

Tədbirdə Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare, eləcə də hər iki tənzimləyici qurumun əməkdaşları iştirak ediblər.

Anlaşma memorandumu enerji tənzimlənməsi sahəsində iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır.

Memorandum çərçivəsində elektrik enerjisi və bərpaolunan enerji, təbii qaz, yaşıl hidrogen, enerji infrastrukturu, həmçinin digər məsələlər üzrə məlumat və təcrübə mübadiləsi aparılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər