Azərbaycan Rumıniya ilə enerji sahəsində əməkdaşlığı genişləndirib
Əsəd Abbaslı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Rumıniyanın Milli Enerji Tənzimləmə Qurumu (ANRE) arasında enerji tənzimlənməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Operativ Media xəbər verir ki, Agentlikdən verilən məlumata görə, sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və ANRE-nin prezidenti Corce-Serciu Nikulesku imzalayıblar.
Tədbirdə Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare, eləcə də hər iki tənzimləyici qurumun əməkdaşları iştirak ediblər.
Anlaşma memorandumu enerji tənzimlənməsi sahəsində iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır.
Memorandum çərçivəsində elektrik enerjisi və bərpaolunan enerji, təbii qaz, yaşıl hidrogen, enerji infrastrukturu, həmçinin digər məsələlər üzrə məlumat və təcrübə mübadiləsi aparılacaq.
Teqlər:
"Az\u0259rbaycan Rum\u0131niya il\u0259 enerji sah\u0259sind\u0259 \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131 geni\u015fl\u0259ndirib"