Yevlaxda 40-dan çox cücə yanğında tələf olub
Əsəd Abbaslı
Yevlaxda cücə yetişdirən şəxsin həyətində yanğın olub.
Operativ Media xəbər verir ki, hadisə Havarlı kəndində, kənd sakini Mehman Yusifova məxsus fərdi təsərrüfatda baş verib.
Xüsusi çəkilmiş işıqlandırma sistemi altında cücə yetişdirən kənd sakininin həyət daxili kiçik ölçülü tikilisində baş verən yanğın böyüyərək həyətdəki "Vaz 21012" markalı maşına keçib.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovu ram edərək böyüməsinə imkan verməyib.
40-dan artıq cücə məhv olub, maşın yanaraq yararsız hala düşüb, quşçuluq üçün istifadə olunan tikili ciddi zərər görüb. Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net