Menyu

Yevlaxda 40-dan çox cücə yanğında tələf olub

Əsəd Abbaslı
Yevlaxda 40-dan çox cücə yanğında tələf olub

Yevlaxda cücə yetişdirən şəxsin həyətində yanğın olub.

Operativ Media xəbər verir ki, hadisə Havarlı kəndində, kənd sakini Mehman Yusifova məxsus fərdi təsərrüfatda baş verib.

Xüsusi çəkilmiş işıqlandırma sistemi altında cücə yetişdirən kənd sakininin həyət daxili kiçik ölçülü tikilisində baş verən yanğın böyüyərək həyətdəki "Vaz 21012" markalı maşına keçib.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovu ram edərək böyüməsinə imkan verməyib.

40-dan artıq cücə məhv olub, maşın yanaraq yararsız hala düşüb, quşçuluq üçün istifadə olunan tikili ciddi zərər görüb. Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Yevlaxda 40-dan \u00e7ox c\u00fcc\u0259 yan\u011f\u0131nda t\u0259l\u0259f olub"

Əlaqəli Xəbərlər