NATO Almaniyadan 40 min əsgər istəyib
NATO Almaniyadan ittifaqın müdafiəsi üçün 7 briqada, təxminən 40 min əsgər ayırmağı xahiş edib.
Operativ Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb .
Məlumatda qeyd olunub ki, bu əsgərlərin sayına olan tələblərin bir hissəsidir.
Bunun gələn həftə NATO-nun müdafiə nazirləri tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Alyans hərbi imkanlarını genişləndirir. Buna səbəb 2022-ci ildə Ukraynada müharibə başlayandan bəri Rusiyanın əsas təhlükə kimi görünməsidir.
NATO ölkələri gələcəkdə briqadaların ümumi sayını 120-130-a çatdırmaq niyyətindədir. Hazırda isə briqadaların sayı 80-dir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net