"Qalatasaray"ın prezidenti Dursun Özbək "Qarabağ"ın prezidenti ilə görüşdə əməkdaşlıq haqqında danışıb.
"Operativ Media" xəbər verir ki, Dursun Özbek önümüzdəki həftələrdə iki klub arasında əməkdaşlıq olacağını bildirib.
"Qarabağ" klubu ilə əməkdaşlıq edəcəyik. Mağazalarımızda "Qarabağ" formasını satıb Qarabağ haqqında məlumatlar verəcəyik. "Qarabağ"ın magazalarında da "Qalatasaray" forması satılacaq"