Menyu

Ceyhun Bayramov: Zərurət yaranarsa, Ukraynaya qaz tədarük etməyə hazırıq

Operativ Media
Ceyhun Bayramov: Zərurət yaranarsa, Ukraynaya qaz tədarük etməyə hazırıq

Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq vacib elementlərdən biridir.

Operativ Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirdiyi mətbuat konfransında səsləndirib.

"Enerji əməkdaşlığından danışarkən, ilk növbədə, qeyd etmək istərdim ki, Azərbaycanın dövlət neft şirkəti olan SOCAR uzun illərdir Ukrayna bazarında mövcuddur. Hazırda SOCAR Ukraynada fəaliyyətini aktiv şəkildə davam etdirir və inanırıq ki, şirkətin gələcək üçün böyük planları var”, - deyə Ceyhun Bayramov əlavə edib.

Nazir deyib ki, Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində, eləcə də nümayəndə heyətləri, həmkarlar arasında yeni dinamika, enerji sahəsində əməkdaşlığın əlavə elementləri barədə çox dinamik və fəal dialoq aparılıb.

C.Bayramov qeyd edib ki, bu gün Azərbaycan dünyanın 16 ölkəsinə, o cümlədən 10-u Avropa İttifaqının üzvü olmaqla ümumilikdə 12 Avropa ölkəsinə qaz tədarük edir.

"Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq. Eyni zamanda, Azərbaycan ilə Ukrayna arasında daha geniş coğrafiyanın enerji təhlükəsizliyi baxımından əməkdaşlıq imkanı da mövcuddur”, - deyə Ceyhun Bayramov əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər