Menyu

Vuçiç: "Azərbaycanla əlaqələrimiz qarşılıqlı etimada söykənir"

Operativ Media
Vuçiç: "Azərbaycanla əlaqələrimiz qarşılıqlı etimada söykənir"

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç diplomatik fəaliyyəti başa çatan Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyevlə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Serbiya Prezidentinin sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib.

Aleksandar Vuçiç son illərdə siyasi dialoqun intensivləşdiyini, iqtisadiyyat, energetika və nəqliyyat infrastrukturu sahələrində mühüm irəliləyişlərin əldə olunduğunu bildirib.

Serbiya dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə aralarındakı etimad mühitinin əməkdaşlığın inkişafına böyük təkan verdiyini vurğulayıb:

"Azərbaycan Respublikasının Serbiyadakı səfiri Kamil Xasıyevə diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında yaxın münasibətlərin və strateji tərəfdaşlığın möhkəmlənməsinə verdiyi şəxsi töhfəyə görə təşəkkürümü bildirdim.

Ötən illər ərzində əldə olunmuş nəticələrə, xüsusilə intensiv siyasi dialoqa, güclü iqtisadi əlaqələrə, energetika və nəqliyyat infrastrukturu sahələrindəki irəliləyişlərə nəzər saldıq. Bizi daha da yaxınlaşdıran, ticarət dövriyyəsinin artmasına və yeni investisiyalara zəmin yaradan layihələri müzakirə etdik. Vurğuladım ki, Prezident İlham Əliyevlə aramızda qurulmuş etimad mühiti Serbiya və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın daha da inkişafına xüsusi güc verir.

Serbiya Azərbaycanın suverenliyimizə və ərazi bütövlüyümüzə nümayiş etdirdiyi ardıcıl və prinsipial dəstəyi yüksək qiymətləndirir. Biz bu mövqeyi unutmuruq, çünki daimi və etibarlı əlaqələr məhz qarşılıqlı ehtiram və beynəlxalq hüquqa hörmət üzərində qurulur".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər