PSJ Safonov və ya Şevalye ilə yolları ayırmağı planlaşdırır
Fransanın PSJ klubu 2027-ci ilin yayında qapıçıları Matvey Safonov və ya Lyuka Şevalyedən biri ilə yollarını ayırmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Məlumata görə, Paris təmsilçisi "Parma"nın qolkiperi Cion Suzukini 35 milyon avroya transfer etməyə hazırlaşır. 23 yaşlı yaponiyalı futbolçunun 2026/2027 mövsümündə icarə əsasında "Yuventus"da çıxış edəcəyi, bir il sonra isə PSJ-nin əsas heyətinə cəlb olunacağı gözlənilir. Fransa klubunun rəhbərliyi Suzukinin komandaya qayıdışından sonra cari mövsümdəki rəqabətin nəticəsindən asılı olaraq ya Safonov, ya da Şevalye ilə əməkdaşlığa son qoymağı nəzərdən keçirir.
Qeyd edək ki, 27 yaşlı rusiyalı qapıçı Matvey Safonov 2024-cü ildən PSJ-də çıxış edir və onun müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. 2025-ci ilin yayında 5 illik sözləşmə imzalayan 24 yaşlı fransalı qolkiper Lyuka Şevalye isə 2025/2026 mövsümündə əsas heyət uğrunda mübarizədə Safonova məğlub olub.