Maqnus Karlsen 2026-cı il Şahmat Olimpiadasında iştirak etməyəcək
Operativ Media
Dünya reytinqinin lideri, 16-cı dünya çempionu Maqnus Karlsen Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 2026-cı il Şahmat Olimpiadası üçün Norveç millisinin heyətinə daxil edilməyib.
Operativ Media xəbər verir ki, sentyabrın 16-dan 27-dək baş tutacaq açıq turnirdə Norveç yığmasının şərəfini Yuhan-Sebastyan Kristiansen (2656), Elham Amar (2587), Frode Olav Ulşen Urkedal (2571), Tor Fredrik Kaasen (2499) və Aksel Bu Kvalyoy (2498) qoruyacaqlar.
Dünya şahmatının aparıcı simalarından biri, Fransa seçməsinin bir nömrəsi Əlirza Firuzca da bu Olimpiadanı kənardan izləyəcək.
Məlumat üçün bildirək ki, Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 15-də Səmərqənddə təşkil olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net