Menyu

Almaniyada enerji qiymətlərinin artması səbəbindən inflyasiya sürətlənib

Şəfa Hüseynli
Almaniyada enerji qiymətlərinin artması səbəbindən inflyasiya sürətlənib
1 dəq oxu

Almaniyada inflyasiya iyul ayında illik müqayisədə 2,8%-ə yüksəlib.

Operativ Media xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, iyun ayında inflyasiya səviyyəsi 2,3%-ə, may ayında isə 2,6%-ə çatıb.

"Enerji qiymətləri orta səviyyədən yuxarı tempdə artmağa davam edib. Bu seqmentdə qiymət artımları əvvəlki aya nisbətən xeyli dərəcədə daha çox müşahidə olunub və ümumi inflyasiyanın artmasına səbəb olub", - deyə statistika idarəsinin rəhbəri Rut Brend bildirib.

O qeyd edib ki, yanacaq qiymətləri, ilk növbədə, ötən aya nisbətən xeyli artıb.

Əvvəlki ayla müqayisədə 2026-cı ilin iyul ayında ümumi istehlak qiymətləri 0,8% artıb. Enerji qiymətləri 2025-ci ilin eyni ayı ilə müqayisədə 8,3% artıb. Ərzaq qiymətləri il ərzində 0,4% artıb ki, bu da orta göstəricidən aşağıdır.

Əlaqəli Xəbərlər