Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib - YENİLƏNİB
Operativ Media
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 20 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.
İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.
Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
***
14:40
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir.
Operativ Media xəbər verir ki, 20 vaqondan ibarət buğda bu gün Biləcəri stansiyasından yola salınacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net