Menyu

"Araz-Naxçıvan" Abdulla Rzayevi heyətinə qatdı

Operativ Media
"Araz-Naxçıvan" Abdulla Rzayevi heyətinə qatdı

Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Müqavilə ilə “Sabah”a məxsus olan müdafiəçi ilə anlaşma 1 illikdir. 24 yaşlı futbolçu 2023-2024-cü illər mövsümündə də komandamızın heyətində çıxış edib. O, son mövsümü “Şamaxı”da keçirib. 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan İliç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər