Menyu

“Everton”un futbolçusu mərc oyunlarında iştirak etməkdə ittiham edilib

Operativ Media
“Everton”un futbolçusu mərc oyunlarında iştirak etməkdə ittiham edilib

İngiltərə Futbol Assosiasiyası (FA) Premyer Liqa təmsilçisi "Everton" klubunun niderlandlı hücumçusu Martin Şerifin oyunlara mərc etdiyinə görə qaydaları pozduğunu rəsmən elan edib.

​Operativ Media xəbər verir ki, qurumun apardığı araşdırmalar nəticəsində 20 yaşlı gənc futbolçunun 2024-cü il noyabrın 20-dən 2026-cı il fevralın 12-dək olan zaman kəsiyində ümumilikdə 61 dəfə futbol matçlarına mərc yatırdığı müəyyənləşdirilib.

​Təqsirləndirilən oyunçu avqustun 17-dək FA-nın irəli sürdüyü ittihamlara dair cavab verməlidir. Qeyd edək ki, İngiltərə qanunvericiliyinə və assosiasiyanın qaydalarına əsasən, peşəkar statuslu idmançılara mərc oyunlarında iştirak etmək qəti şəkildə qadağan olunub.

​Niderlandın gənclər yığmasının şərəfini qoruyan Şerif hələ ki "Everton"un əsas heyətində rəsmi görüşlərdə meydana çıxmayıb. Ötən mövsüm ərzində o, təcrübə qazanmaq üçün aşağı liqa klubları olan "Roterhem" və "Port Veyl"in heyətində icarə əsasında çıxış edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər