Menyu

Ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 3,8 faiz artıb

Operativ Media
Ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 3,8 faiz artıb

2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,36 milyard manatlıq, o cümlədən 20,84 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 533,6 manatlıq, o cümlədən 290,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 243,6 manatlıq qeyri-ərzaq malları alıb.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər