"Barselona" Gürcüstan millisinin üzvünü transfer etmək istəyir
Operativ Media
İspaniyanın "Barselona" klubu "Vilyarreal"ın hücumçusu Georgi Mikautadzeni heyətinə qatmaqda maraqlıdır.
Operativ Media xəbər verir ki, Kataloniya təmsilçisi 25 yaşlı gürcü futbolçunu "Atletiko"nun forvardı Xulian Alvaresinə alternativ variant kimi nəzərdən keçirir. Məlumata görə, "Vilyarreal" rəhbərliyi oyunçunun transferi qarşılığında azı 60 milyon avro tələb etməyə hazırlaşır.
Qeyd edək ki, hücumçunun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
"Transfermarkt" portalı onun bazar dəyərini 30 milyon avro qiymətləndirir. Mikautadzenin 2025/26 mövsümündə keçirdiyi 44 qarşılaşmada 16 dəfə rəqib qapısına yol tapdığı və 6 məhsuldar ötürmə ilə yadda qaldığı bildirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net