“Sportinq” Avstraliya millisinin futbolçusunu transfer edib
Portuqaliya təmsilçisi "Sportinq" heyətini yeni futbolçu ilə gücləndirib.
Operativ Media xəbər verir ki, Lissabon klubu Avstraliya millisinin 20 yaşlı yarımmüdafiəçisi Nestori İrankundu ilə 2031-ci il iyunun 30-dək nəzərdə tutulan sözləşmə imzalayıb.
Oyunçunun bundan əvvəlki iş yeri İngiltərənin "Uotford" klubu olub. Həmin kollektivlə qüvvədə olan əməkdaşlıq sazişinin müddəti 2030-cu il iyunun 30-dək başa çatmalı idi.
Avstraliyalı futbolçu ötən mövsümdə keçirdiyi 42 rəsmi qarşılaşmada 4 dəfə rəqib qapısına yol tapıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirib. "Talking Sporting" nəşrinin yaydığı məlumata görə isə Portuqaniya klubunun bu transfer üçün qarşı tərəfə 17 milyon avro ödədiyi bildirilib.