AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kuboku yarışlarını izləyib
Operativ Media
“Sabahın Ulduzları” Bakı Kuboku uğrunda yarışların U-14 yaş qrupunda 4-cü tur çərçivəsində keçirilən “Sabah” - “Zirə” matçını izləyənlər arasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev də olub.
Operativ Media xəbər verir ki, baş katib təşkilati işlərlə yaxından maraqlanıb, könüllülərlə görüşüb, oyunların "CBC Sport" telekanalında və BFF-nin YouTube sosial şəbəkəsində canlı yayımlanması üçün görülmüş işləri yüksək qiymətləndirib.
AFFA-nın baş katibi BFF prezidenti Tahir Süleymanovla fikir mübadiləsində “Sabahın Ulduzları” layihəsinin ölkəmizdə keçiriləcək U-15 Dünya Çempionatı və Festivalına müvafiq yaş qrupu üzrə milli komandamızın formalaşdırılması üçün böyük əhəmiyyət daşıdığını xüsusilə vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net