Menyu

İrandan Azərbaycana 55 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

Operativ Media
İrandan Azərbaycana 55 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb
1 dəq oxu

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 105 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Operativ Media xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqustun 21-də 26 kiloqram 5 qram narkotik vasitəni və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbini ölkə ərazisinə keçirməyə cəhd göstərən 1, avqustun 22-də isə 29 kiloqram 100 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən 3 Azərbaycan vətəndaşı saxlanılıb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər