Menyu

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

Operativ Media
 Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib
1 dəq oxu

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Operativ Media xəbər verir ki, çəkisi 242 ton olan 7 vaqondan ibarət propan Biləcəri stansiyasından yola salınıb.

Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 50 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1172 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tonadək Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər