Menyu

Pərakəndə elektron ticarət dövriyyəsində artım müşahidə edilir

Operativ Media
Pərakəndə elektron ticarət dövriyyəsində artım müşahidə edilir
1 dəq oxu

Bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 205,6 milyon manat təşkil edib.

Operativ Media Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 0,9 faiz çoxdur.

Hesabat dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 57 523,4 milyon manat olub ki, onun da 0,36 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb.

Əlaqəli Xəbərlər