Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
Operativ Media
Paracüdo üzrə Azərbaycan milli komandası sentyabrın 25-27-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək dünya çempionatında mübarizə aparacaq.
Milli Paralimpiya Komitəsindən Operativ Media-ya bildirilib ki, yarışda kişilər arasında İlham Zəkiyev (J1, +95 kiloqram), Saleh Sultanov (J1, 81 kiloqram), İsmayıl Muradov (J1, 70 kiloqram) və Hüseyn İsmayılzadə (J2, 70 kiloqram), qadınlar arasında isə Dürsədəf Kərimova (J2, +70 kiloqram) və Xatirə İsmiyeva (J1, +70 kiloqram) çıxış edəcəklər.
Qeyd edək ki, paracüdoçuların yarışda hazırlığına baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net