Menyu

Niderland aviaşirkəti Ronaldonun doğma şəhərinə uçuşlarda 7C oturacaqlarını satışdan çıxarıb

Operativ Media
Niderland aviaşirkəti Ronaldonun doğma şəhərinə uçuşlarda 7C oturacaqlarını satışdan çıxarıb
1 dəq oxu

Niderlandın “Transavia” aviaşirkəti Kriştiano Ronaldunun şərəfinə Funşala uçan təyyarələrində 7C nömrəli oturacağın istifadəsini dayandırıb.

Operativ Media xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı açıqlamada bildirilib.

Portuqaliyanın Madeyra adasının paytaxtı olan Funşal 41 yaşlı futbolçunun doğma şəhəridir. 2017-ci ildə şəhərdə yerləşən hava limanına Kriştiano Ronaldunun adı verilib.

“CR7 butslarını asır, biz isə Funşala uçuşlarımızda 7C nömrəli oturacaqları ləğv edirik”, – deyə “Transavia”nın açıqlamasında qeyd olunub.

Qeyd edək ki, noyabrın 5-də Kriştiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. O, milli komandada 7 nömrəli forma ilə çıxış edib.

2003-cü ildən Portuqaliya millisində oynayan hücumçu 234 matçda 146 qol vurub. Ronaldo həm oyunların, həm də milli komandalar səviyyəsində vurulan qolların sayına görə dünya rekordçusudur.

Əlaqəli Xəbərlər