Menyu

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Operativ Media
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
1 dəq oxu

Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulan elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisindən yola salınıb.

Operativ Media AZƏRTAC-a istinadən xəbər verir ki, humanitar yardım Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.

Ukrayna tərəfinin müraciəti əsasında təşkil olunan humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon manat olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.

Qeyd edək ki, Azərbaycan tərəfindən bundan əvvəl də Ukraynaya elektrik təchizatının təmin olunmasına dəstək məqsədilə humanitar yardımlar göndərilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər