Menyu

Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazanıb - YENİLƏNİB

Operativ Media
Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazanıb - YENİLƏNİB
1 dəq oxu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bürünc qazanıb.

Operativ Media xəbər verir ki, o, həlledici görüşdə qazaxıstanlı Abilayxan Jubanazara qalib gəlib.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

***

14:52

Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Operativ Media xəbər verir ki, o, təsəlliverici görüşdə sloveniyalı Nace Herkovicə qalib gəlib. 

***

14:42

Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında 1/4 final mərhələsində məğlub olub.

Operativ Media xəbər verir ki, o, serbiyalı idmançı Mihajo Siminə məğlub olub. Ömər təsəlliverici görüşə çıxacaq.

***

14:02

Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında 1/4 finala yüksəlib.

Operativ Media xəbər verir ki, o, 1/8 findalda Özbəkistan idmançısı Murodcon Yuldoşevə qalib gəlib.

***

12:56

Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı keçirilir.

Operativ Media xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli 1/8 final mərhələsinə yüksəlib.

O, 1/16 finalda Sibgatullah Arabı ipponla məğlub edib.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Əlaqəli Xəbərlər